EN

Bakının bu ərazilərində söküntü olacaq

Plan üzrə əvvəldən elan olunmuş rayonlar qüvvədə qalır. 2026-cı ildə Təzəpir məscidinin ətrafı, "Bayıl şəhər" adlandırılan ərazilər, keçmiş Sovetski ərazisində yerləşən və artıq sökülmüş binaların qalıqlarını əhatə edən sahələr söküntü prosesinə cəlb olunacaq.

SİA xəbər verir ki, bunu Baku.vs-yə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib. Onun sözlərinə görə, həmçinin yeni tikiləcək metro stansiyalarının ətrafı və tramvay xətlərinin keçəcəyi küçələr də bu prosesə daxil ediləcək:

"Xüsusilə Ceyhun Hacıbəyli küçəsi və 1 saylı xəstəxananın ətrafı, o cümlədən Salman Mümtaz, Xanlar Ələkbərov, Qanbay Vəzirov, Yusif Qasımov, Rzaquliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin 2026-cı ildə və sonrakı illərdə mərhələli şəkildə söküntüyə məruz qalacağı gözlənilir. Nərimanov rayonunda isə Montin və Keşlə bazarı ətrafı ərazilər bu prosesə cəlb olunacaq".

Mətləb

Chosen
4
19
sia.az

10Sources