EN

Paşinyanın daha bir videosu olay oldu

Ermənistan Baş naziri Nikol Paşinyan zərb alətlərində ifa etməyə başlayıb.

Publika.az xəbər verir ki, o bu barədə görüntülərini "Facebook" hesabında paylaşıb.

Nazir videoya “onlayn baraban dərsi vaxtı” şərhini yazıb.

Qeyd edək ki, Nikol Paşinyan son dövrlərdə regionlara etdiyi səfərlər zamanı yediyi qidaları (qarğıdalı, lavaş, pirojki və digər yeməkləri) mütəmadi olaraq paylaşaraq sosial mediada geniş müzakirələrə səbəb olub.

Sosial media istifadəçiləri Paşinyanın vətəndaş nikahı əsasında birlikdə yaşadığı həyat yoldaşı Anna Akopyanın ayrıldıqdan sonra bu cür videolar yaymağa başladığına diqqət çəkiblər.

Chosen
22
13
publika.az

10Sources