“Tottenhem” Kane Uestin öz stadionunda çıxış etməsinə icazə verməkdən imtina edib.
Publika.az xəbər verir ki, “The Sun” qəzetinin məlumatına görə, reperin nümayəndələri “Tottenhem Hotspur” stadionunda bir sıra konsertlər keçirmək istəyiblər, lakin London klubu yəhudi icması ilə tarixi əlaqələri səbəbindən onların təklifini rədd edib.
Uest əvvəllər bir sıra antisemit açıqlamalar verib və Adolf Hitler haqqında müsbət fikirlər səsləndirib. O, mahnılarından birini nasist Almaniyasının liderinə həsr edib.
İyul ayında reper Londonda keçiriləcək Festivalda çıxış edəcək.