EN

Şirazda güclü partlayışlar baş verib

İranın cənubunda yerləşən şəhərdə baş verən partlayışların hansı obyektlərdə olduğu hələlik məlum deyil...

İranın cənubunda yerləşən Şiraz şəhərində bir neçə güclü partlayış baş verib.

Poliqon xəbər verir ki,bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, şəhərin müxtəlif hissələrində ardıcıl partlayış səsləri eşidilib. Hazırda partlayışların hansı obyektlərə yönəldiyi və ya konkret hansı ərazilərin hədəf alındığı barədə rəsmi məlumat açıqlanmayıb.

Hadisənin səbəbləri, həmçinin mümkün dağıntı və ya itkilərlə bağlı hələlik dəqiq məlumat yoxdur. Yerli mənbələr vəziyyətin gərgin olduğunu bildirir, lakin rəsmi qurumlar tərəfindən geniş açıqlama verilməyib.

Poliqon.info

Chosen
31
poliqon.info

1Sources