EN

Göygöldə bir-birinə bitişik 4 ev yandı

Göygöldə yanğın hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb. Belə ki, bir-birinə bitişik almanlar tərəfindən inşa edilən 4 evdə qəfil yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı 4 nəfərə məxsus ümumi sahəsi 500 kvadratmetrə yaxın olan 4 bitişik evlərin 350 kvadratmetri yanıb. Qısa müddət ərzində yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Evlərin qalan hissəsi və bitişik digər tikililər yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Araşdırma aparılır./unikal.az/

Chosen
1
8
nocomment.az

10Sources