EN

“Biznesə daxilolma” indikatoru ilə bağlı 2026-cı il üzrə Yol Xəritəsi təsdiq edilib

Bakı. Trend:

Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesədaxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin vəkommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üzrə YolXəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyatərəfindən təsdiq edilib.

Trend bubarədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinəistinadən xəbər verir.

Yol Xəritəsinə əsasən, bu il MMC-lərin nizamnamə kapitalı iləbağlı qanunvericiliyin təkmilləşdirilməsi planlaşdırılır. Bundanbaşqa, xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildəsənədlərin autentifikasiyası istiqamətində işlərin davametdirilməsi nəzərdə tutulur. Bu məqsədlə Xarici İşlər NazirliyininKonsulluq İdarəsi və Azərbaycan Respublikasının xarici ölkələrdəkikonsulluqları tərəfindən rəsmi sənədlərin leqallaşdırılması üçün“Konsul leqallaşdırılması informasiya sistemi haqqında Əsasnamə”nintəsdiq edilməsi haqqında” normativ hüquqi akt layihəsininhazırlanması, leqallaşdırılmış sənədlərin tərcüməsinin “Elektronnotariat” informasiya sistemi üzərindən distant rəsmiləşdirilməsivə ünvana çatdırılması xidmətinin təşkili üzrə proseslərxəritəsinin hazırlanması və bu məqsədlə proqram təminatınınyaradılması gözlənilir. Həmçinin kommersiya hüquqi şəxslərin dövlətqeydiyyatı prosesində iştirak edən qurumların məlumat bazalarınınəlaqələndirilməsi istiqamətində işlərin aparılması daplanlaşdırılır.

Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrəKomissiyanın “Biznesə daxilolma” işçi qrupuna Dövlət Vergi Xidmətirəhbərlik edir.

Yol Xəritəsi ilə ətraflı aşağıdakı link vasitəsilə tanış olmaqmümkündür:

https://www.taxes.gov.az/az/page/gelecek-strategiyalarplanlar

Chosen
3
4
az.trend.az

5Sources