EN

Entso Fernandesin agenti: "Çelsi" ilə yeni müqavilə bağlanmayacaq"

"Çelsi" ilə argentinalı mərkəz yarımmüdafiəçisi Entso Fernandes arasındakı qalmaqal böyüməkdə davam edir.

Fanat.Az xəbər verir ki, gələcəkdə "Real Madrid"də oynamaq istəyini ehtiyatsızlıqla bildirən futbolçu komandadan müvəqqəti kənarlaşdırılıb.

25 yaşlı oyunçunun agenti, keçmiş futbolçu Xavyer Pastore müştərisinin maraqlarından çıxış edərək məsələyə nöqtə qoyub: "Çelsi ilə yeni müqavilə barədə razılığa gələ bilmədik. Belə bir razılıq əldə olunmayacaq. Entsonun müqaviləsinin hələ altı ili qalsa da, şərtlər nə bizə, nə də oyunçuya uyğun gəlmədiyi üçün müqaviləni yeniləməmək qərarına gəldik".

Qeyd edək ki, 2023-cü ilin yanvarından London təmsilçisinin uğurları üçün çalışan Fernandes cari mövsüm klubunun forması ilə 46 matça çıxaraq 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. 

Mirağa

Chosen
2
1
fanat.az

2Sources