EN

Avropa İttifaqının dağılmasına doğru: Tramp Vensi Budapeştə göndərdi

ABŞ-ın vitse-prezidenti Cey Di Vens çərşənbə axşamı, 7 aprel tarixində Baş nazir Viktor Orbanın seçki kampaniyasını dəstəkləmək üçün Macarıstana səfər edib.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.

Agentliyin Macarıstan hökumətindəki mənbələrinə görə, 12 apreldə keçiriləcək parlament seçkilərindən bir neçə gün əvvəl baş tutacaq iki günlük səfər zamanı Vens Orbanla görüşəcək və onunla birlikdə seçkiqabağı mitinqdə iştirak edəcək.

ABŞ vitse-prezidenti Macarıstana yola düşməzdən əvvəl jurnalistlərə bildirib ki, "Yaxşı dostum Viktorla görüşməyi səbirsizliklə gözləyirəm və biz ABŞ ilə Macarıstan arasındakı münasibətlərlə bağlı bir sıra məsələləri müzakirə edəcəyik".

O, həmçinin qeyd edib ki, Avropa və Ukrayna ilə münasibətlər müzakirə olunacaq.

Chosen
1
4
publika.az

5Sources