EN

Səudiyyə Ərəbistanı İranın 18 dronunu məhv etdi

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri İran tərəfindən buraxılan 18 dronu ələ keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, son bir neçə saat ərzində krallığın hava hücumundan müdafiə sistemləri İran tərəfindən buraxılan 18 dronu zərərsizləşdirib.

Nazirlik daha əvvəl də hava hücumundan müdafiə sistemlərinin İrandan Səudiyyə Ərəbistanının Şərq əyalətinə atılan yeddi raketi ələ keçirdiyini və məhv etdiyini açıqlamışdı.

Qeyd olunub ki, raketlərin qəlpələri ölkədə yerləşən enerji obyektlərinə düşərək müəyyən ziyan vurub. Hazırda dəymiş ziyanın qiymətləndirilməsi aparılır, lakin hansı obyektlərin zərər gördüyü hələlik açıqlanmayıb.

Aminə ŞAHSUVARQIZI

Chosen
14
1
redaktor.az

2Sources