EN

Ermənistanda ilk: Seçkiyə 2 ay qalmış...

Aprelin 7-də İrəvanda Ermənistan Milli Məclisinin fövqəladə iclası çağırılıb. 

Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyası seçkilərdən cəmi iki ay əvvəl Seçki Məcəlləsinə düzəlişlər layihəsini təklif edib. 

Bu cür addım ilk dəfədir ki, baş verir və Avropa Şurası Venesiya Komissiyasının tövsiyələrinə ziddir.

“Cebheinfo.az” xəbər verir ki, bunu erməni medası yazıb.

Qanunvericilik təşəbbüsünə əsasən, Ermənistanda bloklar və partiyalar tərəfindən şəxsi adların istifadəsi qadağan ediləcək. 

Müşahidəçilər qeyd edirlər ki, bu təşəbbüs açıq şəkildə Rusiyanın "Taşir" təşviqat qrupunun sahibi Samvel Karapetyana yönəlib. Onun adı və soyadı onun "Güclü Ermənistan" partiyası tərəfindən yaradılan seçki blokunun siyahısına daxil edilib.

Chosen
14
1
cebheinfo.az

2Sources