Son bir həftə ərzində Ukrayna silahlı qüvvələrinin Rusiya ərazisinə endirdiyi zərbələr nəticəsində iki uşaq da daxil olmaqla 25 mülki şəxs həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, son həftə ərzində Ukraynanın atəş açması nəticəsində 176 mülki şəxs yaralanıb, onlardan 10-u azyaşlıdır.
“İki azyaşlı da daxil olmaqla 25 mülki şəxs ölüb”, – deyə Miroşnik vurğulayıb.
Onun sözlərinə görə, son bir həftə ərzində Kiyev Rusiya Federasiyası ərazisinə 3 300 müxtəlif növ sursat atıb.
Aminə ŞAHSUVARQIZI