EN

Dövlət qurumlarına kiberhücumlar 6 % azaldı

Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət qurumlarına 274 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Bakıvaxtı.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 % azdır.

Kibertəhdidlərin 213-ü daxili araşdırma, 64-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

2025-ci ildə dövlət qurumlarına 850 kiberhücum qeydə alınıb ki, bunun da 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Chosen
8
9
bakivaxti.az

10Sources