EN

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 70 % azalıb

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar-mart aylarında "AzStateNet" şəbəkəsi üzrə 41 milyon 285 min zərərli keçid bloklanıb.

"Report"un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70 % azdır.

3 ay ərzində son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 49 min, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 31 min 962 zərərverici tərkibli elektron sənəd blok edilib. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 50 % və 20 % azdır.

2025-ci ildə "AzStateNet" şəbəkəsi üzrə 449 milyon 385 min zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 6 milyon 205 min 200, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 96 min 794 zərərverici tərkibli elektron sənəd bloklanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
7
cebheinfo.az

10Sources