EN

Pakistanda partlayış: 5 polis əməkdaşı yaralanıb

Pakistanda partlayışвф 5 polis əməkdaşı yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Dawn” məlumat yayıb.

Pakistanın Ləkki-Mərvan şəhərində törədilən partlayış nəticəsində azı 5 polis əməkdaşı, o cümlədən bir zabit yaralanıb. Yerli polisdən verilən məlumata görə, terrorçular yol kənarında park edilmiş motosikletə kustar üsulla hazırlanan partlayıcı qurğu yerləşdiriblər.

Partlayışın əsas hədəfinin Şahbazxel polis bölməsinin patrul dəstəsi olduğu bildirilir. Yaralanan polis əməkdaşları təcili olaraq rayon xəstəxanasına çatdırılıblar və onlara lazımi tibbi yardım göstərilir.

Qeyd edək ki, bu, bölgədə baş verən ilk belə hadisə deyil. Son bir neçə ay ərzində Xayber-Paxtunxva əyalətinin bir sıra rayonlarında polis qüvvələrinə qarşı silsilə hücumlar qeydə alınıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
34
interpress.az

1Sources