EN

B 2 bombardman təyyarəsində inanılmaz tualet detalı VİDEO

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“B-2” bombardman təyyarəsində pilotun tualetdən istifadə etməsi təxminən 23 min dollara başa gələ bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bunu biliyormusun” adlı Türkiyə səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki,  “B-2 Spirit” dünyanın ən inkişaf etmiş və gizli təyyarələrindən biridir:

“Təyyarə ABŞ-dan havaya qalxaraq Əfqanıstana qədər 44 saatlıq fasiləsiz uçuş həyata keçirə və heç dayanmadan qayıda bilir. Bu müddət ərzində pilotlardan biri uçuşu davam etdirərkən, digəri təyyarədə yatmalı və qidalanmalıdır. Təyyarədə tualet də mövcuddur. Amma bu, adi tualet deyil — onun qiyməti təxminən 23 min dollardır.

Bu tualet yüksək hündürlükdə və uzun müddətli uçuşlar zamanı problemsiz işləməsi üçün xüsusi materiallardan hazırlanıb. 2 milyard dollarlıq bir təyyarə üçün bu, bəlkə də kiçik detal kimi görünə bilər”.

Qeyd olunub ki, sözügedən məlumatı çox az sayda insan bilir.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
globalinfo.az

1Sources