EN

İsrail ordusu İranın 130-dan çox HHM sistemini məhv edib

İsrail Müdafiə Qüvvələri (IDF) İranın 130-dan çox Hava Hücumundan Müdafiə (HHM) sistemini məhv edib.

Bu barədə "Report" IDF-nin mətbuat xidmətinə istinadən xəbər verir.

"Kəşfiyyatın rəhbərliyi altında endirilən dəqiq zərbələr nəticəsində İranın 130-dan çox HHM sistemi məhv edilib", - məlumatda bildirilib.

Qeyd olunub ki, bu cür əməliyyatlar təhdidlərin azaldılmasına və regionun təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

"Cebheinfo.az"

Chosen
7
1
cebheinfo.az

2Sources