EN

İsrail İranda Mi-17 helikopter bazasını məhv etdi - VİDEO

İsrail İran ərazisinə yeni zərbələr endirərək paytaxt yaxınlığındakı hərbi helikopterlər donanmasını məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. 

Qeyd olunur ki, hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun obyektləri olub.

Hücumlar Tehran ərazisindəki iki aerodromu hədəfə alıb. İsrail Müdafiə Qüvvələri Kərəcdəki Fəth helikopter meydançasında Mi-17 helikopterlərinin məhv edilməsini göstərən video yayımlayıb.

Məlumata görə, vurulan təyyarələr qoşun daşınması və logistikası üçün istifadə edilən Mi-17V-5 və Mi-171E olub.

Hücum, İsrail Aerokosmik Sənayesi tərəfindən hazırlanmış "Delilah" dəqiq idarə olunan kruiz raketi ilə həyata keçirilib. Bu silah hədəfi vurmazdan əvvəl uzun müddət onun üzərində uça bilir və hətta çətin şəraitdə belə hədəfləri dəqiq vura bilir.

Gülayə Mecid 

 

Chosen
7
1
unikal.az

4Sources