EN

Azərbaycan və Gürcüstanın bir-birinin ərazi bütövlüyünü daim dəstəkləyir- ÖZƏL

"Prezident İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan-Gürcüstan münasibətlərinin mövcud vəziyyətini və gələcək inkişaf trayektoriyasını aydın şəkildə ortaya qoyan mühüm siyasi mesajlar toplusudur. Bu çıxış həm ikitərəfli əlaqələrin dərinliyini, həm də regionda formalaşan yeni geosiyasi reallıqları anlamaq baxımından xüsusi əhəmiyyət kəsb edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşamış, bu münasibətlər müasir dövrdə dövlətlərarası əməkdaşlığın möhkəm təməlinə çevrilmişdir. Bu gün iki ölkə arasında münasibətlər artıq klassik qonşuluq çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qarşılıqlı etimad və siyasi dialoq bu münasibətlərin əsas sütunlarını təşkil edir. Gürcüstanda müşahidə olunan siyasi sabitlik və əlverişli sərmayə mühiti Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Prezidentin qeyd etdiyi kimi, məhz bu amillər ölkəyə xarici investisiyaların cəlb olunmasında həlledici rol oynayır. Azərbaycan investorlarının Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar həcmində sərmayə yatırması iqtisadi əməkdaşlığın real nəticəsidir. Ticarət dövriyyəsinin artan dinamika ilə inkişaf etməsi - 2025-ci ildə 800 milyon dolları keçməsi və 2026-cı ildə 1 milyard dollara çatmaq perspektivi - iqtisadi əlaqələrin genişlənməkdə olduğunu göstərir. Bu tendensiya gələcəkdə birgə investisiya layihələrinin üçüncü ölkələrə yönəlməsi ehtimalını da gündəmə gətirir ki, bu da tərəfdaşlığın yeni mərhələyə keçidi deməkdir. Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləməsi regional sabitliyin qorunmasına xidmət edən mühüm amildir. Bu qarşılıqlı dəstək yalnız siyasi jest deyil, həm də beynəlxalq hüquqa əsaslanan prinsipial mövqenin ifadəsidir.

Prezident İlham Əliyevin bəyanatında xüsusi diqqət çəkən məqamlardan biri regionda formalaşan yeni geosiyasi vəziyyətlə bağlıdır. Cənubi Qafqazın münaqişə məkanından əməkdaşlıq və sabitlik platformasına çevrilməsi prosesi artıq reallığa çevrilməkdədir. Bu kontekstdə Gürcüstanın oynadığı rol xüsusi vurğulanır. Azərbaycan-Ermənistan sülh prosesinə toxunan dövlət başçısı qeyd edir ki, davamlı sülh yalnız imzalanmış sənədlərlə deyil, real əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirilməlidir. Bu baxımdan ticarət əlaqələrinin inkişafı mühüm vasitə kimi çıxış edir və Gürcüstanın tranzit rolu bu prosesdə əhəmiyyətli yer tutur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
2
2
olaylar.az

3Sources