EN

"İran Qətər və regional ölkələrlə dostluq münasibətlərinə sadiqdir" - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzü fonunda Tehranın regional qonşularla dostluq münasibətlərini qorumağa sadiq olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "Tasnim" yayıb.

Bazar ertəsi günü telefon danışığında Əraqçi və Qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl-Sani regiondakı son hadisələri, ABŞ və İsrailin hərbi təcavüzünün nəticələrini və Tehran-Doha ikitərəfli münasibətlərini müzakirə ediblər.

Qətərin xarici işlər naziri ölkəsinin güc tətbiqinə qarşı prinsipial mövqeyini bir daha təsdiqləyib və İranın milli suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıb. O, həmçinin müharibənin dərhal dayandırılmasını və bölgədə sabitliyin bərpasını tələb edib.

Əraqçi bildirib ki, İran region ölkələri ilə dostluq və əməkdaşlığın inkişafına sadiqdir və mövcud vəziyyət yalnız ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzünün nəticəsidir. O, həmçinin ABŞ və İsrail tərəfindən törədilən müharibə cinayətlərinin, xüsusən məktəblərə, universitetlərə, xəstəxanalara, sənaye və nüvə obyektlərinə edilən hücumların beynəlxalq tribunallarda təqib olunmalı olduğunu qeyd edib.

Aminə ŞAHSUVARQIZI

Chosen
3
1
redaktor.az

2Sources