EN

Pərəstişkarlarını qorxutdu: “Tezliklə öləcəyəm”

Türk pop musiqisinin məşhur siması Serdar Ortac pərəstişkarlarını təəccübləndirən açıqlama verib. 

NOCOMMENT.az xəbər verir ki, sənətçi sosial mediada paylaşdığı mesajında bildirib ki, onun bəzi mahnıları üçün sağlığında klip çəkilməyib və heç kimlə bölüşülməyib:

“Söz verin, öləndə bu mahnıları yaşadın. Mən sağ ikən onlar üçün klip çəkmədilər, heç kimlə paylaşmadılar”.

Ortac həmçinin sənət həyatında yaşadığı çətin dövrlərə toxunaraq deyib:

“Hər kəs məni uğursuz etmək üçün əlindən gələni etdi, amma mən hələ də uğursuz olmamışam. 35 il keçib”.

Müğənni mesajının sonunda pərəstişkarlarına emosional çağırış edərək əlavə edib:

“Tezliklə öləcəyəm, bunları hamı ilə paylaşın”.

Qeyd edək ki, Serdar Ortaç 16 fevral 1970-ci ildə İstanbulda anadan olub. 1994-cü ildə çıxardığı “Karabiberim” albomu ilə məşhurlaşan sənətçi, uzun illərdir MS xəstəliyi ilə mübarizə aparmasına baxmayaraq musiqi karyerasını davam etdirir. Populyar mahnıları və səhnə performansları ilə türk pop musiqisinin önəmli simalarından biri sayılan Ortac tez-tez açıqlamaları ilə gündəmə gəlir.\\sfera.az

Chosen
11
nocomment.az

1Sources