EN

Övladının dəfnində canlı yayım açan kişinin uşaqlarının vəziyyəti pisləşdi

Sumqayıtda dəm qazından zəhərlənən beş uşağın hazırki vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən  verilən məlumata əsasən, dörd uşağın müalicəsi Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında davam etdirilir:

"Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır stabil, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti isə orta ağırdır.

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin (qadın cinsli) vəziyyəti isə ağır stabil qiymətləndirilir", məlumatda bildirilib.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada ölüb.

Zəhərlənən uşaqların atası ölən uşağın dəfni zamanı "TikTok"da canlı yayım açıb, cənazə ilə canlı yayımı sosial şəbəkələrdə yaydığı üçün dövlət qurumları tərəfindən nəzarətə götürülüb.Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
15
43
olaylar.az

10Sources