EN

“Zavod gələn ay yeni antibiotik qrupuna aid məhsulların istehsalına başlayacaq“ - SAMİRƏ HÜSEYNOVA

"Bu mediatur bizim üçün xüsusilə əhəmiyyətlidir, çünki biz qürurverici bir layihəni gerçəkləşdirmişik və bu layihəni ictimaiyyətə təqdim etməkdən məmnunuq. Zavod açıldığı gündən etibarən, yüksək keyfiyyətli məhsulları ilə bazarda öz mövqeyini möhkəmlətməyə başlamışdır".

SİA xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsi zamanı "Diamed Co" MMC-nin direktoru Samirə Hüseynova bildirib.

Artıq bir çox xəstəxanalarda və apteklərdə məhsullarımızın istifadəsini müşahidə etmək mümkündür. Zavod bu gün yerli GMP sertifikatına layiq görülmüşdür ki, bu da istehsal keyfiyyəti və təhlükəsizliyin təminatıdır. Sertifikat həm müəssisənin keyfiyyət standartlarını təsdiqləyir, həm də əhalinin sağlamlığının qorunmasına xidmət edir.

İstehsal prosesi üçün istifadə olunan avadanlıqlar ən qabaqcıl istehsal ölkəsi olan İtaliyadan idxal edilmişdir. Bu istehsal xətləri dünyada yalnız üç şirkət tərəfindən istehsal olunur və bizim təchizatçımız bu üç şirkətdən biridir. Avadanlıqlar tam avtomatlaşdırılmış, tam qapalı və tam steril şəraitdə işləyir. Beləliklə, insan müdaxiləsi riski sıfıra bərabərdir və hər hansı bir insan faktoru məhsulun keyfiyyətinə təsir edə bilmir.

Zavod müxtəlif tərkiblərdə məhsullar istehsal edir: nitriklor, ringer, ringer-laktat, qlükoza müxtəlif dozalarda, manitol, parasetamol, metronidazol, diazoliyyət və digər preparatlar. Bundan əlavə, bəzi antibiotik qrupuna aid məhsulların qeydiyyat prosesi yaxın zamanlarda başa çatacaq. Qeydiyyatı tamamlanacaq məhsullar arasında livafloksasin, sitrofloxacin və oxşar preparatlar yer alacaqdır.

Belə yanaşma müəssisənin həm keyfiyyət, həm də təhlükəsizlik standartlarına tam riayət etdiyini, məhsulların beynəlxalq və yerli tələblərə uyğun istehsal olunduğunu göstərir".

Müəllif: Günay Hacıyeva
Chosen
18
1
sia.az

2Sources