EN

Azərbaycan və Gürcüstan mərkəzi bankları təcrübə mübadiləsi aparıb

Bakı, 7 aprel, AZƏRTAC

Gürcüstan Milli Bankının nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Azərbaycan Mərkəzi Bankında (AMB) işgüzar səfərdə olub.

AMB-dən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində təşkil edilən görüşlərdə maliyyə sabitliyi funksiyaları üzrə fəaliyyətin həyata keçirilməsi, makroprudensial siyasət çərçivəsinin formalaşdırılması, ev təsərrüfatları, qeyri-maliyyə sektoru və daşınmaz əmlak bazarı üzrə maliyyə sabitliyinin qiymətləndirilməsi üzrə hər iki ölkənin mərkəzi banklarının təcrübələri müzakirə olunub.

Görüşlər zamanı, həmçinin stres-test çərçivəsi, eləcə də fiziki və keçid riskləri üzrə iqlim stres-testlərinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Chosen
3
6
azertag.az

10Sources