Dağıstanda daşqınlardan 6200-dən çox insan zərər çəkib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu respublikanın rəhbəri Sergey Melikov bildirib.
Onun sözlərinə görə, ümumilikdə, daşqınlar və təbii fəlakətlərdən 6200-dən çox insan zərər çəkib, təxminən eyni sayda ev, şəxsi torpaq sahəsi və kommersiya mülkü zədələnib.
Melikov ən çox zərər çəkən ərazilərin Mahaçqala, Kaspiysk, Xasavyurt və Dərbənd rayonları olduduğunu deyib.
O, Dağıstanda vəziyyətin hazırda sabitləşməkdə olduğunu, 55 müvəqqəti yerləşmə məntəqəsi yaradıldığını və 700-dən çox insanın ora yerləşdirildiyini əlavə edib.