Azərbaycan şou-biznesində qalmaqallı çıxışları ilə tez-tez gündəmə gələn prodüser Tarix Əliyev (Tolik) bu dəfə İctimai Televiziyada yayımlanan “Maska şou” proqramını sərt şəkildə tənqid edib.
“İctimai Televiziyada yayımlanan “Maska şou” az sayda baxımlı verilişlərdən biridir. Amma maraqlı məqam odur ki, İTV-nin bəyənmədiyi, bayağı adlandırdığı və Azərbaycan mədəniyyətinə zərər verdiyini dediyi insanların adları üzərindən PR edilir. Milyonluq verilişdə Ofeliya Şabanovanın, Kəmalə Günəşlinin, Şəbnəm Tovuzlunun adları tez-tez çəkilir. Halbuki hamı bilir ki, İctimai TV bu insanları nə verilişə qonaq çağırar, nə də “Maska şou”da iştirakına imkan verər. Amma əgər bu adların təbliği zərərli hesab olunursa, o zaman milyonluq layihədə onların adlarının çəkilməsi nə üçündür? Deməli, rezonans yaratmaq və maraq toplamaq üçün bu adlara ehtiyac var”.
Xatırladaq ki, müğənni Nigar Camal İTV-də yayımlanan “Maska şou”da müğənni həmkarı Ofeliya Şabanovanın adını unudub və efirdə onu “ərinin orasını-burasını yuyan…” adlandırıb. Onun bu ifadələri sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Əksəriyyət İTV-də bu cür ifadələrin səsləndirilməsini tənqid edib.