ain.az bildirir, Moderator.az portalına istinadən.
Tehranda bir yəhudi sinaqoqu birbaşa raket zərbəsi ilə tamamilə dağıdılıb.
Moderator.az-ın yəhudi mediasına istinadla verdiyi xəbərdə deyilir ki, hadisə çərşənbə axşamı səhər tezdən İranın "Amerika-İsrail koalisiyasını" günahlandırdığı böyük bir hücum zamanı baş verib.
"7 aprel çərşənbə axşamı səhər tezdən Tehranda bir yəhudi sinaqoqu birbaşa raket zərbəsi nəticəsində tamamilə dağıdılıb. Bu barədə İran mediası, o cümlədən "Tasnim" xəbər agentliyi İslam Respublikasının təhlükəsizlik qüvvələrindəki rəsmi mənbələrə istinadla məlumat yayıb"- xəbərin davamında belə deyilir.
Məlumatda yəhudi ibadət evinxə zərbənin konkret olaraq ABŞ, yoxsa İsrail ordusu tərəfindən endirilməsi dəqiqləşdirilmir.
S.Laçın
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.