EN

İranda 763 təhsil müəssisəsi və məktəb zərər görüb

İran Qızıl Aypara Cəmiyyəti bildirir ki, ABŞ və İsrailin hücumları nəticəsində ölkədə 763 təhsil müəssisəsi və məktəb zərər görüb.

AzEdu.az-ın xəbərinə görə, Qızıl Aypara sözçüsü Müctəba Xəlidi deyib ki, bu hücumlar həm məktəblərə, həm də digər təhsil obyektlərinə ciddi təsir edib.

Xəlidi həmçinin əlavə edib ki, hücumlar nəticəsində səhiyyə və ticarət obyektləri də hədəf alınıb, amma xüsusilə təhsil müəssisələrinin zərər görməsi böyük narahatlıq doğurur.
 

Chosen
19
azedu.az

1Sources