EN

Azərbaycanın meşə fındığı ixracından gəlirləri 2 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 57,4 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.

"APA-Economics" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Dövr ərzində ixrac olunan məhsulun dəyəri ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 2 dəfə artıb.

Qeyd edək ki, ötən ilin eyni dövründə 27,9 milyon ABŞ dollarlıq meşə fındığı ixrac edilib.

Xatırladaq ki, cari ilin yanvar-fevral ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7% artaraq 580,7 milyon ABŞ dolları təşkil edib

"Cebheinfo.az"

Chosen
3
4
cebheinfo.az

5Sources