EN

Azərbaycan-Gürcüstan münasibətləri qarşılıqlı etimada, dostluğa və strateji tərəfdaşlığa əsaslanır  

Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlər həmişə etimada, səmimiyyətə və dostluğa əsaslanıb. Bu münasibətlər bütün sahələri əhatə edir, sürətlə inkişaf edir və məzmun baxımından sürətlə zənginləşir. Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana etdiyi dövlət səfəri bunu bir daha təsdiqləyən mühüm siyasi hadisədir.

Prezident İlham Əliyev Tbilisidə mətbuata verdiyi bəyanatda bu səfərin iki ölkə arasındakı əla¬qə¬lərə təkan verəcəyinə əmin olduğunu bildirərək dedi: “Bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir. Fürsətdən istifadə edərək, Gürcüstanın əldə etdiyi uğurlar münasibətilə Sizi və hökumətinizi təbrik etmək istəyirəm”.

Gürcüstan və Azərbaycan oxşar taleni yaşayan dövlətlərdir. 1989-cu ilin aprelində Tbilisidə, 1990-cı ilin yanvarında Bakıda faciələr törədildi. Sonrakı dövrdə hər iki dövlətin müstəqilliyinə qəsdlər oldu. Lakin bütün bunlar xalqlarımızın əzmini sarsıda bilmədi. İndi regionda yeni reallıqlar hökm sürür. Hər iki dövlətin müstəqilliyi və suverenliyi sarsılmaz dayaqlar üzərində bərqərar olub. Azərbaycan-Gürcüstan münasibətləri isə artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Prezident İlham Əliyev mətbuata bəyanatında Gür¬cüstanla Azərbaycan arasında münasibətlərin başqa dövlətlərə nümunə kimi qəbul edilməli ol¬duğunu bildirərək dedi: “Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticə¬sində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istər¬dim...”.

Prezident İlham Əliyev mətbuata bəyanatında iqtisadi əlaqələrdən də bəhs etdi. Dövlət başçısının bildirdiyi kimi,  keçən il iki dövlət arasında ticarət dövriyyəsi 800 milyon dollardan çox olmuşdur. O cümlədən bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulub. Bütün bunlar iki dövlət arasındakı dərin iqtisadi əməkdaşlığın təzahürüdür.

Bu səfər təs¬diq¬lədi ki, iki döv¬lət arasında münasibətlər daha da genişlənir. Dövlətimizin başçısı mətbuata bəya¬na¬tında bu amili də diqqətə çatdıraraq bildirdi ki, bizim ikitərəfli gündəliyimiz çox genişdir: “Yeni layihələr, yeni fikirlər ortaya atılır və birgə səy¬lər¬lə biz bunları həll edirik. Bunun əsas şərti və amili, əlbəttə ki, bizim ikitərəfli münasibət¬lə¬ri¬mizdir. Bizim münasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qar¬şılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur. Əmi-nəm ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik”.

Prezident İlham Əliyevin Gürcüstana səfəri iki dövlət arasında münasibətlərin dərin və qarşılıqlı etimada əsaslandığının və bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini nümayiş etdirdi.

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

 

1Sources