EN

“Reuters”: Rusiya peyk görüntüləri və kiberdəstək vasitəsilə İranın hücumlarına kömək edir

Reuters: Rusiya İrana hərbi zərbələr endirmək üçün kiberdəstək və peyk görüntüləri təqdim edir.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ukrayna kəşfiyyatının əlinə keçən və “Reuters” agentliyinin əldə etdiyi hesabatda Rusiyanın İranın Yaxın Şərqdəki ABŞ qüvvələrinə və digər hədəflərə qarşı hücumlarında birbaşa iştirak etdiyi iddia edilir.

Sənədə görə, Rusiya peykləri Yaxın Şərqdəki hərbi obyektlərin və kritik nöqtələrin onlarla detallı çəkilişini apararaq bu məlumatları İrana ötürüb.

Məlumata görə, martın 21-dən 31-dək Rusiya peykləri 11 ölkədə 46 obyektin azı 24 dəfə çəkilişini həyata keçirib. Hədəflər siyahısına ABŞ hərbi bazaları, aeroportlar və neft yataqları daxildir.

Çəkilişlərdən bir neçə gün sonra həmin obyektlər İranın ballistik raket və dron hücumlarına məruz qalıb.

Siyahıda Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya, Türkiyə, Küveyt, İsrail, Qətər, İraq, Bəhreyn və Dieqo-Qarsiya bazası yer alıb. Həmçinin, Rusiya peyklərinin Hörmüz boğazını da aktiv şəkildə izlədiyi bildirilir.

Hesabatda göstərilir ki, martın 27-də İranın Səudiyyə Ərəbistanındakı bazaya hücumundan bir neçə gün əvvəl Rusiya peyki həmin obyekti çəkib və nəticədə ABŞ-yə məxsus “AWACS E-3 Sentry” təyyarəsi vurulub.

Növbəti gün isə peyk vurulan bazanın üzərindən keçərək dəyən zərəri qiymətləndirib.

Bundan əlavə, Ukrayna kəşfiyyatı Rusiya və İran haker qruplarının “Telegram” vasitəsilə birbaşa koordinasiya olunduğunu bildirib. Belə ki, Rusiyanın “Z-Pentest Alliance”, “NoName057(16)” və “DDoSia Project” qrupları İranın “Handala Hack” qrupu ilə əməkdaşlıq edir.

Mart ayında onlar İsrailin kritik infrastruktur sistemlərinə giriş məlumatlarını sinxron şəkildə yayıblar.

Eyni zamanda, İran hakerlərinin öz domenlərini qeydiyyatdan keçirmək üçün Çelyabinskdəki Rusiya serverlərindən istifadə etdiyi qeyd olunur.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
13
1
interpress.az

2Sources