EN

"Real" Rüdigerlə bağlı son qərarını verdi

"Real Madrid" mərkəz müdafiəçisi Antonio Rüdiger ilə bağlı qərarını qətiləşdirib.

Fanat.Az "Diario AS"a istinadən xəbər verir ki, Madrid klubu 33 yaşlı müdafiəçi ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Məlumata görə, "kral klubu"nun rəhbərliyi təcrübəli futbolçunun sadiqliyini və cari mövsüm müdafiə xəttinə gətirdiyi sabitliyi yüksək qiymətləndirir. Mənbə müqaviləsinin müddəti bu yay başa çatacaq Rüdigerlə yeni birillik saziş imzalanacağını vurğulayıb.

Rüdiger 2022-ci ilin iyulundan "Real"ın uğurları üçün çalışır. Cari mövsüm İspaniya nəhənginin heyətində 19 matça çıxan almaniyalı 1 qol vurub. "Transfermarkt" portalı onun transfer qiymətini 9 milyon avro ilə dəyərləndirir.

Toğrul

Chosen
11
fanat.az

1Sources