EN

Pentaqon mülki obyektləri hədəfə alır?

Pentaqon hərbi cinayət ittihamlarından yayınmaq üçün zərbə endiriləcək hədəflərin siyahısını genişləndirməyi planlaşdırır. ABŞ hərbi rəhbərliyi həm mülki əhalini, həm də hərbçiləri yanacaq və elektrik enerjisi ilə təmin edən "ikiqat təyinatlı" obyektləri qanuni hədəf elan etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri Pentaqondakı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ və İsrail hərbi təyyarələri üçün yeni hədəflər axtarılır. Pentaqon rəsmiləri hesab edirlər ki, obyektin həm mülki, həm də hərbi məqsədlər üçün istifadə edilməsi onu "qanuni hədəfə" çevirir. Lakin bu təşəbbüs ciddi mübahisələrə səbəb olub.

Üçüncü bir mənbənin bildirdiyinə görə, nazirlik daxilində hərbi və mülki obyektlər arasındakı sərhədin haradan keçdiyi ilə bağlı gərginlik yaşanır. Məsələn, sutəmizləyici qurğuların belə hədəf siyahısına salınması müzakirə edilir. Arqument isə budur ki, hərbçilərin də içməli suya ehtiyacı var, deməli, bu obyekt hərbi əhəmiyyət kəsb edir.

Chosen
21
publika.az

1Sources