EN

İsrail İranın hərbi infrastrukturunu məhv etdi

İsrail Müdafiə Ordusu İranın üç hava limanına Bəhram, Mehrabad və Azmayeşə hava zərbələri endirib.

Milli.Az xəbər verir ki, hücum nəticəsində hərbi obyektlər və aviasiya texnikası məhv edilib. Hücumlar İsrail Hərbi Hava Qüvvələrinin çoxsaylı qırıcılardan istifadə etməklə həyata keçirilib. Zərbələrin kəşfiyyat məlumatları əsasında planlaşdırıldığı, təyyarə və helikopterlər də daxil olmaqla, bir çox hərbi hədəfin və infrastrukturun bombalandığı vurğulanıb. Eyni zamanda İranın Buşehrdəki hərbi bazası da hücumun hədəfi olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı potensial raket və dron hücumlarından ehtiyat edərək Ər-Riyadın əsas maliyyə bölgəsini boşaldıb. Rayon şirkətlərinə işçiləri ərazidən çıxarmaq göstərişi verilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
2
olaylar.az

3Sources