EN

Vali açıqladı: Konsulluğa hücum edən 3 nəfərdən 2 si öldürülüb, 1 i ələ keçirilib

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İstanbulun Beşiktaş rayonunda İsrailin Baş konsulluğu yaxınlığınd abaş verən atışmada  silahlı basqın edən üç nəfərdən ikisi öldürülüb, biri isə ağır yaralı halda ələ keçirilib, iki polis əməkdaşı da yaralanıb.

Ölkə.az xəbər verir ki,  bunu İstanbul valisi Davud Gül hücumla bağlı açıqlama verərkən deyib.

Hadisə yerinə çoxsaylı polis qrupları göndərilib və ərazidə ciddi təhlükəsizlik tədbirləri görülüb. 

Ədliyyə naziri Gürlek Baş Prokurorluğun İstanbuldakı İsrail konsulluğu yaxınlığında baş verən atışma ilə bağlı araşdırma başlandığını açıqlayıb.

Nazir Gürlek sosial media hesabında paylaşım edərək bu açıqlamanı verib:

"İstanbulun Beşiktaş rayonundakı İsrail konsulluğu ətrafında atışma xəbərləri ilə bağlı İstanbul Baş Prokurorluğu dərhal araşdırma başlandı".

Hadisənin bütün aspektlərinə aydınlıq gətirmək üçün Baş Prokurorluğumuzun koordinasiyası və müvafiq hüquq-mühafizə orqanları ilə birlikdə işlər davam etdirilir və istintaq diqqətlə və hərtərəfli şəkildə aparılır.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
3
olke.az

4Sources