EN

XİN səfirliyə hücumu pislədi

Azərbaycan Xarici İşlər Nazirliyi BƏƏ-nin Suriyadakı səfirliyinə edilən hücumu pisləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında qeyd olunub.

“Biz Suriya Ərəb Respublikasının Dəməşq şəhərində bir qrup etirazçılar tərəfindən BƏƏ səfirliyinə edilən son hücumu şiddətlə qınayırıq. Diplomatik missiyalara qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir, beynəlxalq hüququn, eləcə də diplomatik heyətin, obyektlərin mühafizəsi və təhlükəsizliyinə zəmanət verən Diplomatik Münasibətlər üzrə Vyena Konvensiyasının aydın şəkildə pozulmasıdır. Biz Suriya hökuməti tərəfindən verilən bəyanatı və hökumətin bu məsələyə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab vermələri üçün bütün tədbirlərin görülməsi ilə bağlı əzmini alqışlayırıq”, - paylaşımda bildirilib.

Chosen
1
20
ucnoqta.az

10Sources