EN

Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri istefaya göndərilib

Hurriyyet saytına istinadən ain.az xəbər verir.

Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov işdən uzaqlaşdırılıb. 

Bu barədə "AzPolitika"ya daxil olan daxil olan məlumatda istefaya göndərilmənin səbəbləri haqda məlumat verilmir. 

İcmanın Aparatı – QAİ-nin strukturuna daxil olan, İcmanın Nizamnamədən irəli gələn səlahiyyətlərinin həyata keçirilməsini təmin edən, habelə İcmanın fəaliyyətinin təşkilati, hüquqi və analitik-informasiya təminatını həyata keçirən qurumdur. İcmanın Aparatına iki şöbə, iki sektor, bir sədr müşaviri, mətbuat katibi, koordinatorlar və texniki heyətdən ibarət olan 35 ştat vahidi daxildir. 

Əslən göyçəli olan Qalib Qasımov bundan əvvəl Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sektor müdiri (2006-2021), Azərbaycan Dövlət Rəsm Qaleriyasının direktoru (2017-2022) vəzifələrində işləyib. "Contemporary Baku" şirkətinin təsisçisi və direktoru (2022-h.h), "Auction Baku"nun təsisçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. 

Q.Qasımov həmçinin İcmanın maliyyə məsələlərindən də məsul olduğu bildirilir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
hurriyyet.az

1Sources