BAKI, 7 aprel. TELEQRAF
"Liv Bona Dea Hospital"nın "Əli və Nino" Kitab Evinin sahibi Nigar Köçərliyə qarşı qaldırdığı iddia üzrə bu gün Nəsimi Rayon Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf-ın məlumatına görə, prosesdə "Bona Dea" şirkətinin "Liv Hospital" şəbəkəsinə aid olduğunu təsdiq edən sənədi məhkəməyə təqdim etmədiyi müəyyən olunub.
Növbəti məhkəmə prosesi mayın 5-də təyin edilib.
Nigar Köçərli bildirib ki, əməliyyat üçün xəstəxana seçərkən məhz "Liv" adına güvənərək oraya müraciət edib: "Bilsəydim Bona Dea "Liv Hospital"ın filialı deyil, heç zaman onlara müraciət etməzdim".
Qeyd edək ki, bir müddət əvvəl sözügedən xəstəxanada əməliyyat olunan Nigar Köçərli ona göstərilən xidmətdən narazı qaldığını bildirmişdi.