EN

İİKK: İran Səudiyyə Ərəbistanının neft-kimya müəssisələrinə hücum edib

İran Silahlı Qüvvələri Səudiyyə Ərəbistanında Amerika şirkətlərinə məxsus neft-kimya müəssisələrinə zərbələr endirib.

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidməti bu barədə məlumat yayıb.

Bəyanatda deyilir ki , "Əsl Vəd 4" əməliyyatının 99-cu dalğası zamanı ABŞ-nin Fars körfəzi və Hörmüz boğazındakı bazalarına, eləcə də hərbi və komandanlıq mərkəzlərinə ballistik və qanadlı raketlər, eləcə də hücum dronları (PUA) vasitəsilə zərbələr endirilib.

“Səudiyyə Ərəbistanının Əl-Cübeyl bölgəsində yerləşən Amerika şirkətlərinə məxsus Sadara, "Exxon Mobil" və "Dow Chemical" şirkətlərinin ən böyük neft-kimya kompleksi, eləcə də Səudiyyə Ərəbistanının Əl-Cübeyl bölgəsindəki Amerika şirkətinin "Chevron Phillips" şirkətinin böyük neft-kimya kompleksi orta mənzilli raketlər və bir neçə kamikaze dronla effektiv şəkildə vurulub”, - deyə Tasnim xəbər agentliyi İİKK-nın Telegram kanalında verdiyi açıqlamaya istinadən bildirib.

Chosen
27
aznews.az

1Sources