EN

Binadan yıxılan qız ADPU-nun tələbəsi imiş

Abşeron rayonu Xırdalan şəhərində faciəvi şəkildə həyatını itirən 19 yaşlı Esmira İsayeva tələbə imiş. “Qafqazinfo” xəbər verir ki, dünən səhər yaşadığı “AAAF Park” yaşayış sahəsindəki 12 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılaraq ölən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsində təhsil alırmış.

 

O, fizika müəllimliyi ixtisasının I kurs tələbəsi olub.

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix: 7 Aprel 2026, 15:09   
Chosen
24
9
pravda.az

10Sources