EN

İstanbulda İsrail konsulluğuna hücum edənlərin şəxsiyyəti müəyyənləşdi – FOTO-VİDEO

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib ki, İstanbulda İsrail konsulluğunun yerləşdiyi bina qarşısında polislə atışmaya girən hücumçuların şəxsiyyəti müəyyən edilib.

Bizim.Media xəbər verir ki, AP-nin məlumatına görə, hücum edənlərdən biri “dindən alət kimi istifadə edən” bir qrupla əlaqəlidir, digər iki nəfər isə qardaşdır. Onlardan birinin narkotiklə bağlı keçmiş məhkumluğu da var.

Reuters və AP yazır ki, hücum İstanbulun maliyyə mərkəzində, İsrail konsulluğunun yerləşdiyi göydələn qarşısında baş verib. Atışma zamanı bir hücumçu öldürülüb, iki nəfər yaralanaraq saxlanılıb, iki polis əməkdaşı isə yüngül xəsarət alıb.

Çiftçi X hesabında qeyd edib ki, hücumçular İzmitdən icarəyə götürülmüş avtomobillə İstanbula gəliblər.

Nazirin sözlərinə görə, hücum edənlərdən birinin “dindən alət kimi istifadə edən təşkilat”la əlaqəsi müəyyən edilib, lakin həmin qurumun adı açıqlanmayıb.

Eyni zamanda o bildirib ki, zərərsizləşdirilən üç nəfərdən ikisi qardaşdır. Türkiyə tərəfi hadisə ilə bağlı araşdırmanı davam etdirir.

Qeyd edək ki, İsrail təhlükəsizlik səbəbindən diplomatik heyətini Türkiyədən daha əvvəl geri çəkdiyi üçün hücum zamanı konsulluqda israilli diplomatlar olmayıb.

Hadisə fonunda əraziyə əlavə polis qüvvələri cəlb edilib və bina ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.










Bizim.Media

Chosen
38
2
bizim.media

3Sources