EN

Trampın “Bir gecədə məhv edərik” sözünə İrandan zəncirli CAVAB

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın İranın enerji infrastrukturunu hədəfə almaqla bağlı təhdidindən və İrana 8 aprelə qədər vaxt verməsindən sonra İranın gənclər və idman nazirinin müavini Əlirza Rəhimi elektrik stansiyaları ətrafında insan zənciri yaratmağa çağırıb.

"Cebheinfo.az" xəbər verir ki, insan zənciri yerli vaxtla saat 14:00-da qurulacaq. ABŞ-İsrail-İran müharibəsi 39 gündür davam edərkən, Prezident Tramp İranda mülki infrastrukturu hədəfə almaqla hədələdi. 

İran dövlət televiziyasına danışan Rəhimi ictimaiyyəti İran gəncləri tərəfindən "Daha Parlaq Sabah Üçün İnsan Zənciri" adlı tədbirdə iştirak etməyə dəvət etdi.

Rəhimi bildirib ki, ölkə daxilində elektrik stansiyaları ətrafında eyni vaxtda keçiriləcək insan zənciri tədbirində müxtəlif gənclər təşkilatları, universitet tələbələri, sənətçilər və idmançılar iştirak edəcəklər.

Proqramın əsas mesajının ABŞ-İsrail hücumlarının İran infrastrukturuna müharibə cinayətləri təşkil etdiyinə diqqət çəkmək olduğunu vurğulayan İran rəsmisi tədbirin bu gün yerli vaxtla saat 14:00-da baş tutacağını qeyd edib.

Dünənki çıxışında ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran atəşkəs təklifini qəbul etməsə, enerji stansiyalarına və digər vacib infrastruktur obyektlərinə qarşı hərtərəfli hücumlar həyata keçiriləcək.

8 aprel tarixinə qədər müddət verərək, Tramp İranın mülki infrastrukturunun hədəfə alınmasının Cenevrə Konvensiyasını pozub-pozmadığından narahat olmadığını bildirib.

“New York Times” (NYT) müxbirini "saxta xəbər" adlandıran ABŞ Prezidenti daha sonra suala "Ümid edirəm ki, bunu etmək məcburiyyətində deyiləm",- deyə cavab verib.

İranla müharibənin bitib-bitmədiyi soruşulduqda, Tramp bunun Tehran rejiminin münasibətindən asılı olduğunu və danışıqların nəticəsini gözləməli olduqlarını bildirib.

İrandan hansı növ razılaşma gözlədiyini dəqiq izah edən ABŞ Prezidenti deyib:

"Mənim üçün məqbul olan bir razılaşma bağlamalıyıq və bu razılaşmanın bir hissəsi neftin və hər şeyin (Hörmüz boğazından) sərbəst keçidini təmin etmək olacaq".

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
cebheinfo.az

1Sources