EN

Bakıda “Böyük Qayıdış naminə təhlükəsiz gələcək” adlı forum keçirilir

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Qətər Xarici İşlər Nazirliyi regionda gərginliyin artması ilə bağlı rəsmi bəyanat yayaraq, İranın Qətər və digər bölgə ölkələrini hədəf alan pozuntularını qətiyyətlə pisləyib.

TurkicWorld xəbər verir ki, rəsmi Doha bəyan edib ki, infrastrukturun və enerji obyektlərinin hədəf alınması regionu yeni və daha mürəkkəb çağırışlarla üz-üzə qoyur. Nazirlik vurğulayıb ki, İran tərəfi bölgə ölkələrinə qarşı təhdidləri dayandırmalıdır, çünki bu cür addımlar böhranı həll etmir, əksinə vəziyyəti hamı üçün daha da ağırlaşdırır. Qətər tərəfi bu müharibədə iştirak etmədiyini, lakin öz suverenliyini qorumağa fokuslandığını və Pakistanın vasitəçilik səylərini dəstəklədiyini bildirib.

Bəyanatda Hörmüz boğazının bağlanması məsələsinə də toxunulub. Qeyd olunub ki, boğazın qapadılması beynəlxalq hüquqa ziddir və qlobal enerji təhlükəsizliyi ilə yanaşı, qida təhlükəsizliyini də ciddi təhdid edir. Qətər gəmilərinin də boğazdan keçiddə çətinliklərlə üzləşdiyini bildirən nazirlik, istənilən tərəfin diktəsinin qəbul edilməz olduğunu və boğazla bağlı razılaşmaların regional tərəflərin iştirakı ilə beynəlxalq təminatlar çərçivəsində həyata keçirilməli olduğunu vurğulayıb.

Chosen
8
turkic.world

1Sources