EN

"Hörmüz boğazı razılaşması regiondakı bütün tərəfləri əhatə etməlidir"

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, Hörmüz boğazı ilə bağlı istənilən razılaşma bütün tərəflərin mövqelərini nəzərə almalı və beynəlxalq zəmanətlərlə dəstəklənməlidir.

Redaktor.az xəbər verir ki, onun sözlərini "Əl-Cəzirə" sitat gətirib.

Diplomat qeyd edib ki, müharibədən sonra Hörmüz boğazı ilə bağlı heç bir razılaşma regiondakı tərəflərdən birini kənarda qoya bilməz və bu məsələdə konsensus əldə olunmalıdır.

O vurğulayıb ki, boğazdan istifadə edən dövlətlər arasında razılıq olmalı və heç bir tərəfin öz şərtlərini digərlərinə qəbul etdirmək hüququ yoxdur.

Aminə ŞAHSUVARQIZI

Chosen
41
1
redaktor.az

2Sources