EN

Çin valyuta ehtiyatlarında 2,5% azalma

Çin Dövlət Valyuta Mübadilə İdarəsi 2026-cı ilin mart ayına dair valyuta ehtiyatları məlumatlarını açıqlayıb.

Marja xəbər verir ki, ölkənin valyuta ehtiyatları mart ayında fevral ayına nisbətən 85,7 milyard dollar azalaraq 3 trilyon 342 milyard dollara geriləyib.

Ehtiyatların dəyəri əvvəlki ayla müqayisədə 2,5% azalıb.

Açıqlamada mart ayında ABŞ dolları indeksinin yüksəldiyi, buna qarşılıq qlobal maliyyə aktivlərinin qiymətlərinin isə düşdüyü qeyd edilərək, valyuta ehtiyatlarındakı azalmanın mübadilə əməliyyatları ilə aktiv qiymətlərindəki dəyişikliklərin birgə təsirindən qaynaqlandığı vurğulanıb.

Chosen
27
marja.az

1Sources