EN

Eduard Məmmədov: WAKO prezidenti ölkəmizdəki turnirlərin səviyyəsini yüksək qiymətləndirib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 7 aprel, AZƏRTAC

Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Bakerin ölkəmizə səfəri xüsusi əhəmiyyət daşıyır. Bu səfər Azərbaycan kikboksinqinə verilən dəyərin göstəricisidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, dünya və Avropa çempionu Eduard Məmmədov deyib.

Onun sözlərinə görə, Roy Bakerin Azərbaycana səfəri mühüm hadisədir: “Onun çox sıx qrafiki var və buna baxmayaraq, ölkəmizə səfər etməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Belə nüfuzlu idman funksionerinin səfəri idmançılarımız üçün də əlavə motivasiya yaradır. Ulu öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş turnirə Roy Baker də qatılmışdı və çıxışında yarışın yüksək səviyyədə təşkilini xüsusi qeyd etmişdi. Həmin turnirdə 400-dən çox idmançı mübarizə aparmışdı. Daxili çempionatlarımızın yüksək səviyyədə təşkili də xüsusi qeyd olundu. Bildirdi ki, yarışlarda həm texniki, həm də taktiki baxımdan idmançılar yaxşı hazırlıq nümayiş etdiriblər. Turnirlərdə sağlam rəqabət mühiti formalaşıb və bu da ümumi inkişafımıza müsbət təsir göstərir”.

Federasiya rəsmisi bildirib ki, kikboksinq hazırda Azərbaycanda kifayət qədər populyar idman növüdür və müxtəlif yaş qrupları üzrə keçirilən çempionatlara böyük maraq göstərilir: “Bu idman növü artıq beynəlxalq arenada da mühüm mövqe qazanıb. Kikboksinq İslam Həmrəyliyi Oyunları, Avropa Oyunlarının proqramına daxildir. Gələcəkdə daha genişmiqyaslı yarışların proqramına salınması istiqamətində də işlər aparılır”.

E.Məmmədov Roy Bakerlə keçirilən görüşlərdə gələcək əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu diqqətə çatdırıb: “Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanda beynəlxalq kikboksinq turnirlərinin sayı daha da artacaq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
azertag.az

2Sources