EN

Orban Putinə nağıl danışıb: Siçan tələyə düşən şiri...

2025-ci ilin oktyabr ayında Rusiya Prezidenti Vladimir Putinlə söhbəti zamanı Macarıstanın Baş naziri Viktor Orban ona şir və siçan haqqında məşhur macar nağılını danışıb.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi söhbətin transkriptinə istinadən məlumat yayıb.

Macarıstan hökumətinin başçısı, "heyvanlar padşahı"nın əvvəllər bir gəmiricinin həyatını xilas etdiyi kimi, tələdə ilişib qalmış aslanın da siçan tərəfindən xilas edilməsi haqda xalq nağılını danışıb.

Orbanın sözlərinə görə, bu nağıl Moskva ilə Budapeşt arasındakı münasibətləri simvolizə edir.

Chosen
14
publika.az

1Sources