EN

Qisas üçün öldürülən 20 il yaşlı Ümidin 1 həftə əvvəlki toyundan KADRLAR VİDEO

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, Marneuli rayonunda azərbaycanlı gənc qətlə yetirilib.

Milli.Az xəbər verir ki, 20 yaşlı Ümid Bayramov naməlum şəxs tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Hadisəni törədən şübhəli şəxs qısa müddət ərzində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Bu maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Hadisə ilə bağlı daha bir detal isə sosial şəbəkələrdə geniş müzakirə olunub. Belə ki, faciəvi şəkildə həyatını itirən Ümid Bayramovun cəmi bir həftə əvvəl baş tutan toyundan görüntülər yayılıb. Bu kadrlar izləyicilər arasında dərin kədər hissi yaradıb.

Hüseyn

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
5
news.milli.az

6Sources