EN

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti aprelin 8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

“İki sahil” xəbər verir ki,  Xidmətdən bildirilib ki, Naxçıvan Muxtar Respublikası, Kəlbəcər, Laçın, Gədəbəy, Göygöl, Zəngilan, Gəncə, Tovuz, Cəbrayıl, Ağstafa, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Şamaxı, Ağsu, Xızı, Hacıqabul, Salyan, Şirvan, Biləsuvar, Cəlilabad, Neftçala, Xaçmaz, Şabran, Siyəzən, Qusar, Quba, Lənkəranda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Goranboy, Mingəçevir, Qobustanda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.

Chosen
0
49
ikisahil.az

10Sources