EN

Talassemiyalı xəstələrin həyat keyfiyyətini artırmaq üçün hansı addımlar tətbiq olunur?

Xəstələr üçün müntəzəm qan transfuziyaları və xelasiya terapiyası, fəsadların qarşısının alınması, multidissiplinar tibbi nəzarət təmin edilir.

Bunu Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin (MHTM) Talassemiya bölməsinin Baş həkimi Səhər İsmayılova “İki sahil”ə özəl müsahibəsində qeyd edib.

O, əlavə edib ki, eyni zamanda, psixoloji dəstək, sosial proqramlar, təhsil və maarifləndirmə tədbirləri həyata keçirilir ki, xəstələr həm sağlam, həm də cəmiyyətə inteqrasiya olunmuş həyat sürə bilsinlər.

“Biz maarifləndirmə kampaniyaları, təlim və seminarlar, eləcə də mətbuat və sosial media vasitəsilə məlumatlandırma aparırıq. Xəstələr və ailələr üçün genetik məsləhət və düzgün məlumatlandırma proqramları da təşkil olunur ki, irsi qan xəstəlikləri barədə səhv təsəvvürlər aradan qalxsın. Ömür müddətini artırmaq üçün müntəzəm qan transfuziyaları, xelasiya terapiyası və fəsadların vaxtında diaqnostikası əsas rol oynayır. Gələcəkdə isə kök hüceyrə transplantasiyası, gen terapiyası və yeni dərman preparatları müalicə planlarına daxil edilməklə, xəstələrin sağlam, uzunömürlü və aktiv həyat sürməsi üçün imkanlar genişləndirilir”,-deyə baş həkim diqqətə çatdırıb. 

Yaqut Ağaşahqızı, “İki sahil”

Chosen
26
1
ikisahil.az

2Sources