EN

Azərbaycanda dövlət satınalmalarında elektron müqavilə sistemi tətbiq olunacaq

Azərbaycanda

Azərbaycanda dövlət satınalmalarında elektron müqavilə sistemi tətbiq olunur.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Rəqəmsal Maliyyə Mərkəzi tərəfindən “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-müqavilə” altsistemi üzrə təlimlərə başlanılıb.

Bildirilib ki, yeni altsistem dövlət satınalmaları çərçivəsində qalib təchizatçılarla bağlanan müqavilələrin hazırlanması, elektron imzalanması və idarə olunmasının vahid informasiya sistemi üzərindən həyata keçirilməsini təmin edəcək.

Qeyd olunub ki, sistem vasitəsilə satınalma prosesində iş axını tam rəqəmsallaşdırılır, bununla yanaşı dövlət maliyyəsinin idarə olunması, büdcə planlaşdırılması və xəzinə əməliyyatları üzrə proseslərin operativliyi və şəffaflığı artırılır, nəzarət mexanizmləri gücləndirilir.

Məlumata görə, təlimlərin keçirilməsində məqsəd büdcə təşkilatlarının əməkdaşlarını “e-müqavilə” sisteminin tətbiqi və istifadə qaydaları barədə məlumatlandırmaq, müqavilələrin elektron qaydada bağlanması prosesini praktik şəkildə izah etməkdir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Maliyyə Nazirliyinə dövlət satınalmalarının elektron müqavilələr əsasında həyata keçirilməsinin təşkili tapşırılıb.

Chosen
6
7
xalqcebhesi.az

8Sources